Murad Dadaşovun təqdimatında ATV telekanalında yayımlanan "Maşın" şounu tərk edən növbəti məşhurların kimlikləri müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, şouda çıxışını davam etdirmək üçün lazım olan səsi toplaya bilməyən müğənni Nadir Qafarzadə mübarizəni dayandırıb.

Qeyd edək ki, aktyor Sərxan Kərəmoğlu səsverməyə qədər əlini maşından götürüb və şounu tərk edib.

Hazırda aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, rejissor Aqil M.Quliyev və aktrisa-rəqqasə Oksana Rəsulova şouda çıxışını davam etdirir.