Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Respublika Diaqnostika Mərkəzindən xəbər verilib.

Xəstəxanadan bildirilib ki, Qəndab Quliyeva iyunun 16-da xəstəxanaya yerləşdirilib:

"Qorxulu, ciddi mənada narahatlıq yaradan problem olduğunu deyə bilmərik. Artıq beş gündür xəstəxana müalicə alır. Əvvəl palataya yerləşdirilmişdi, bu gün isə reanimasiyaya köçürülüb".

Milli.Az