"Hal-hazırda bəlkə də heç tamaşaçı üçün sənətlə gündəmdə qalmaq maraqlı deyil. Mən saytları, sosial şəbəkələri izləyirəm və görürəm ki, hansı mövzu daha çox oxunur".

Bunu Milli.Az-a açıqlamasında Nadir Qafarzadə söyləyib.

"Müğənnilərin evindən, bağından çəkilən videolar və xəbərlər insanlarda daha çox maraq oyadır. Bəzi müğənnilər isə indidən dünyaya gələcək uşaqlarının cinsiyyətini elan edir. Çox təəssüf ki, bu hal daha çox kişi müğənnilərdə rast gəlinir. Bunu qadınlardan eşidəndə insanda təəccüb doğurmur. Abır-həya yaxşı şeydir. Səndən kim soruşur axı, dünyaya gələcək övladının cinsiyyəti nədir? Bizə uşaq, qadın, ağsaqqal, ağbirçək baxır. Əslində şou-biznesdə rast gəlinən bu cür hallara çox təəssüflənirəm", - deyə müğənni bildirib.

Əli Rəhimoğlu
Milli.Az