Xalq artist Səməd Səmədov 7-ci dəfə baba olub.

Bu barədə Metbuat.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, oğlu Anarın 4-cü qızı dünyaya gəlib:

“Ailəmizdə xoş gündür. Oğlumun 4-cü qızı dünyaya gəlib. Elə bilirdik ki, oğlan olacaq, qız oldu. Allah olmayanlara nəsib etsin. Mən nəvələrimi çox istəyirəm. İstirahət üçün bu il heç bir xarici ölkəyə getməyəcəm. Ailəmlə birgə öz bağımızda olacağıq. Bu hər şeyə dəyər”.

Qeyd edək ki, Səməd Səmədovun oğlu Anar müğənnilik etmək istəsə də, xalq artisti onu bu fikrindən daşındırıb. Hazırda o Moskvada bizneslə məşğuldur.

Heyvan saxlayan azərbaycanlı məşhurlar - FOTOLAR

Dilarə Zamanova