“Belə şeylər filmlərimizə zərər vurur”.

Rejissor Kənan M.M Metbuat.az-a açıqlamasında kinoteatrlar arasında yaşanan qalmaqallara münasibət bildirib:

“Onların arasında qalmaqal yaşanması bizə əsasən də tamaşaçıya böyük zərbə vurur. Yerli filmimiz yeni inkişaf edir. Belə şeylər filmlərimizə zərər vurur”.

Qeyd edək ki, son zamanlar “Cinemaplus” və “Park cinema” kinoteatrları arasında gərgin rəqabət gedir. Kinoteatrlar film istehsalçıları qarşısında şərt qoyub. Qərarə görə, hər hansı film yalnız bir kinoteatrda nümayiş oluna bilər. Həmin kinonun digər kinoteatrda ekran üzü görməsi qadağandır.

Kənan M.M reklam qalmaqalından danışdı - "Yaxşı eləmişəm..."

Dilarə Zamanova