"Eurovision-2017" təmsilçimiz Dihaj iyulun 14-də Yaşıl Teatrda "The End Of Sunrise" adlı solo konsert proqramı ilə çıxış edəcək.

Metbuat.az xəbər verir ki, konsertdə qonaq qismində əməkdar artisti, Beynəlxalq caz festivalının qalibi İsfar Sarabski və ölkəmizin "Eurovision"da ilk nümayəndəsi, "O Səs Türkiyə"nin qalibi Elnur Hüseynov iştirak edəcək.

Xatırladaq ki, Dihaj Azərbaycanı "Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsində "Skeletons" mahnısı ilə təmsil edib.


Bu ölkələri yaxşı tanıyın! - Azərbaycana 0 xal verdilər... / SİYAHI-Oxumaq üçün buradan tıklayın

Dilarə Zamanova / Metbuat.az