Tarkan dünən gecə dördüncü Harbiye konserti ilə pərəstişkarlarının qarşısına çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqa ulduzu dinləməyə gələnlər arasında Demet Akalınla həyat yoldaşı Okan Kural da olub. Jurnalistlərə açıqlama verən Demet Akalın konsertdən sonra gecə saat 2-də Bodruma qızının yanına qayıdacağını deyib.
Tarkan isə onu dincləməyə gələn müğənniyə müraciət edərək "Xoş gəldin, canım mənim. Son günlər haqqımda dediyin gözəl sözlərlə məni çox xoşbəxt etdi. Sağ ol, var ol. Biz də səni və mahnılarını çox sevirik!”, - deyə bildirib.
Daha sonra sevilən ulduz cütlük üçün tamaşaçılardan alqış istəyib.
Aytən