Hamıya məlumdur ki, övlad çox şirin bir nemətdir. Hamı öz övladını sevir. Bəzən isə övladların yanlış bir hərəkətinə görə və ya məsuliyyətdən qaçmaq üçün valideynlər övladlarından imtina edə bilir.

Metbuat.az övladlarından imtina edən məşhurları təqdim edir:

Xalq artisti Nurəddin Mehdixanlı qızı aktrisa Kəmalə Quliyevanın yaşayış tərzini bəyənmədiyi üçün onu qəbul etmədiyini bildirib.

Mərhum xalq artisti Hacıbaba Bağırov da ilk evliliyindən dünyaya gələn qızlarını qəbul etməyib.

Tanınmış şair Aqşin Yenisey də müsahibələrinin birində "Neçə uşağınız var?" sualına 1 oğlum var deyərək, yazıçı Aysel Əlizadə ilə olan ilk evliyindən dünyaya gələn qızı İzəli qəbul etmədiyini bildirib.

Müğənni Rəvan Qarayev də qeyri-qanuni dünyaya gələn oğlunu qəbul etməyib.

Ədalət Şükürov: "Bütün işləri atmışam və..."-Oxumaq üçün bura tıkla

Dilarə Zamanova / Metbuat.az