Tramp Makronun arvadına sataşdı -

Bastiliya Günü bayramında iştirak etmək üçün Fransada səfərdə olan ABŞ prezidenti Donald Tramp yenə maraqlı sözləri ilə diqqət mərkəzinə düşüb.

Metbuat.az-ın məlumatına görə, həmkarı Emmanuel Makronun həyat yoldaşı, Fransanın birinci xanımı 64 yaşlı Bricit Makronla görüş zamanı ona maraq doğuran xoş sözlər deyib.

Tramp Bricitə xitab edərək, “çox yaxşı qalmısan” ,”gözəlsən” deyib.

Həmin vaxt ABŞ-ın birinci xanımı Melania Tramp və Fransa prezidenti Emmanuel Makron da orda olub.

Qeyd edək ki, Tramp Parisdə keçirilən Bastiliya Günü paradında iştirak edib.  

Sübhan / METBUAT.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR