"Sağ olsun ki, haqqımda danışır" - Dianadan Nigara

"Sağ olsun ki, haqqımda danışır" - Dianadan Nigara
18:05 17 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Klubda oxumaq eyib deyil. Əsas odur ki, səsin gözəl olsun".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Diana Hacıyeva həmkarı Nigar Camalın ünvanına deyib.

Nigarın "Diana seksual deyildi. Onun "Eurovision" çıxışlarını bəyənmədim. Gedib elə klubda oxusun" sözlərinə Diana "ATV maqazin onlarla" verilişində belə cavab verib:

"Klublara gələn tamaşaçılar daha yaxşı olur. Çünki onlar məhz səni dinləməyə gəlirlər. Sən artist, rəssam, müğənni, rejissor olursansa, hər şeyə hazır olmalısan. Öz işimlə məşğulam və xoşbəxtəm. Danışsınlar... Çox sağ olsun ki, mənim haqqımda danışır. Əla. Beyni belə mənim haqqımda düşünür. Bu gözəldir. Səhnəyə çıxan biri haqqında fikrim nə ola bilər ki? Əlbəttə ki, yaxşı. Hər kəsin şəxsi fikridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR