Müğənni Nadir Qafarzadə avtomobil qəzası keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bildirib ki, ağır xəsarət alan olmayıb:

"Bu gün mənim üçün uğurlu olmadı. Buna baxmayaraq həyat davam edir. Allahın yazdığı yazını pozmaq olmur. Maşında tək deyildim. Şükür ki, özümüzə heç nə olmadı".

İfaçı əməkdaşımızla söhbətində bunları əlavə edib:

"Canıma gələn malıma gəlsin. Hərdən nəzərə inanmıram. Amma göz həqiqətən var. Bundan da pis ola bilərdi. Allahın mənə rəhmi gəldi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində