Bu avtobusa nə minmək olur, nə də düşmək...

Bu marşruta nə minmək olur, nə də ki düşmək.

Metbuat.az bildirir ki, söhbət 569 nömrəli marşrut xəttindən gedir. Bakı Beynəlxalq Avtovağzalından Masazır qəsəbəsi istiqamətində fəaliyyət göstərən bu avtobusa günün istənilən vaxtında “iynə atsan yerə düşmür”. Bu istiqamətdə sərnişin axını çox olduğundan marşrut pik saatlarda qapısıaçıq şəkildə fəaliyyət göstərir. Bu da sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaradır. Sözügedən marşrut xətti həmin istiqamətdə fəaliyyət göstərən yeganə sərnişin avtobusu olduğu üçün insanlar təhlükəli olsa da, bu nəqliyyat vasitəsindən istifadə etməli olur.

Problemin həlli ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdik. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Metbuat.az-a bildirildi ki, 569 saylı Masazır qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrut xətti üzrə gündəlik olaraq 10-12 ədəd “Mersedes-B” markalı mikroavtobuslarla əhaliyə xidmət göstərilir:

"Mikroavtobuslararası interval 7 dəqiqə təşkil edir. Masazır qəsəbəsindəki marşrutun hərəkət etdiyi məhəllədaxili yollar iri həcmli avtobusların hərəkəti üçün tam uyğun deyil. Ona görə də, bu marşrut xəttinə hələ ki, orta və iri tutumlu avtobusların işləməsi mümkünsüzdür. Mikroavtobusların keçdiyi bəzi yerlərdə də yol ensizdir ki, bu da hətta mikroavtobusların manevr edib qayıtmasına çətinlik yaradır. Bununla yanaşı, sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi daşıyıcı şirkətlərə daim tövsiyə olunur". 

Məsələ diqqətimizdədir...

SON ÜÇ AY: 27 min nikah, 7 min boşanma - Azərbaycanda boşanmaların əsas səbəbləri - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR