Bu gün paytaxtdakı bəzi işbazlar avtomobilini yolun kənarında saxlayan sürücülərdən pul tələb edirlər.

Parkomatın olub-olmaması isə buna əsas vermir. Əhali üçün ümumi olan yerdə avtomobilin saxlanmasının pullu olduğunu deyən bu şəxslər parkomatın olmamasına baxmayaraq, sürücülərdən 1 AZN tələb edirlər.

“Parkomat olmayan yerdə sürücüdən ödəniş tələb olunması qanunsuzluqdur”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, ödənişli parklanma yerlərində parkomat olmalıdır:

““Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsinə görə, Azərbycanda ümumi istifadəsi olan yollarda (küçə, prospekt və s.) yalnız parkomat aparatı qoyulan yerlər ödənişlidir. Parkomat yoxdursa, həmin yerdə sürücüdən ödəniş tələb olunması qanunsuzluqdur. Ümumi istifadə üçün nəzərdə tutulan yolda avtomobili saxlamağa görə heç bir ödəniş ola bilməz. Ödəniş özəl obyekt, təşkilat və ya quruma məxsus ərazilərdə olmalıdır. Qanunsuz ödənişlə bağlı sürücülər ərazinin daxil olduğu icra hakimiyyətinə, bələdiyyəyə, eləcə də polisə müraciət edə bilərlər”.

ETMƏYİN: Onun 16 yaşı var, 6 il həbs oluna bilərsiniz - Hüquqşünas - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ