“Vaşinqton Post” qəzetində ötən gün ölkəmiz əleyhinə “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası” başlığı altında məqalə yayımlanıb.

Millət vəkili Fazil Mustafa dərc oluanan məqalə ilə bağlı Metbuat.az-a münasibət bildirib.

Onun sözlərinə görə, bunlar absurd ittihamlardır:

“ABŞ Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyindən çıxış etsəydi, o zaman onların səmimiyyətinə inanmaq olardı. Lakin onlar hər dəfə bunu həyəcan təbiri kimi çalırlar. Azərbaycanla bağlı neqativ halların gündəmə gətirilməsi yanlış bir təsəvvürün məhsuludur. Cəmiyyət bu məsələdə qərəzliliyi aydın şəkildə görməlidir. Əks halda, bu sözlər Amerika Birləşmiş Ştatlarının Azərbaycanda demokratiya istəməsi kimi şirnikləndirici gələ bilər. Onlar burada olan kiçik bir hüquq pozuntularını narazılıqla qarşılayırlar. Əməldə bunu göstərmirlər. Amerikanın Liviya, Suriya və Misirdə gördüyü işlərə baxdığımız zaman Azərbaycanın da başına nələr gətiriləcəyini proqnozlaşdıra bilərik. Ona görə də, bu cür yanlış və qərəzli yanaşmalara qarşı cəmiyyətimiz duyarlı olmalıdır”.

"Azərbaycana qarşı çirkin kampaniyadır" - Mətbuat Şurası - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ