Sumqayıt sakini 30 manat borcunu ödəmədiyinə görə saatlarla qaldırıcı kranda saxlanılıb.

Metbuat.az bildirir ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Şəhər sakini qaldırıcı kran sahibinə borcunu ödəmədiyi üçün sürücü tərəfindən "əsir" alınıb. Avtomobil sahibi borclunu krana mindirdikdən sonra hadisə yerini tərk edib. Borclu 43 dərəcə istidə saatlarla açıq havada gözləməli olub. Hadisə şahidlərinin sözlərinə görə, şəxsin kran sahibinə cəmi 30 manat borcu olub. Yarım sutka gözlədikdən sonra kran sahibi hadisə yerinə gələrək, borclunu yerə endirib. Və bütün bunları ona dərs vermək üçün etdiyini bildirib.

Həmin görüntüləri təqdim edirik:


Binədə 10 min sakin, 2 təcili yardım avtomobili var - Üç nəfər eyni anda xəstələnsə... - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ