Ermənistan və Rusiya arasında yeni yaranmış birləşmiş Ermənistan-Rusiya hava hücumundan müdafiə sisteminə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi rəhbərlik edəcək. Bu barədə Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan jurnalistlərə açıqlamasında bildirib.
Rusiya və Ermənistan arasındakı bu sazişin regiona təsiri olacaqmı?
Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik Xətai Baxışov bildirir ki, Rusiya qoşunları Qarabağda iştirak etməyəcək:
“Bu barədə Ermənistan müdafiə nazirinin müavini ötən gün açıqlama verib. Mənə elə gəlir ki, onların hava hücumundan müdafiə sistemi yalnız Ermənistan ərazisində qurulmayıb. Ümumiyyətlə, Ruisya Ermənistanı daim dəstəkləyir. Bu, açıq-aşkardır. Birinci Qarabağ müharibəsində də bunun şahidi olduq. Ruslar hücum və müdafiələrdə qanunsuz olaraq iştirak edirdilər. Şəxsən bir hərbiçi kimi Minsk qrupunun əleyhinəyəm. Ya həmsədrləri dəyişmək, ya da Minsk qrupunu ləğv etmək lazımdır. Onlar heç vaxt düzgün qərar çıxarmayacaqlar”.
Məğlubiyyət qorxusu, Ermənistan qaçdı... - POLKOVNİKDƏN AÇIQLAMA - OXUMAQ ÜÇÜN TIKLAYIN! |
Xəyalə Məmmədova / METBUAT.AZ