Son 10 ildə çəkilən filmlərimiz

Gələn il yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 12-ci ili tamam olacaq.

Metbuat.az xəbər verir ki, bu illər ərzində sahənin inkişafı naminə Prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalanıb. Bu fərman və sərəncamlar nazirliyin fəaliyyət istiqamətlərini şərtləndirən, müəyyənləşdirən əsas amil olmuş, mədəniyyət və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirib.

Mədəniyyətimizin inkişafından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin Mehriban xanım Əliyevanın müstəsna xidmətləri xüsusi vurğulanmalıdır.

Maraqlıdır, son 10 ildə Nazirliyinin dəstəyi ilə neçə bədii film çəkilib və hansılardır? Sorğumuzu Nazirliyin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov cavablandırıb:

“2006-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı çəkilmişdir.”

"Dədə Qorqud" filmi çəkilmədi - 1 milyon manat haradadır? - Oxuma üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR