“İrma” qasırğasının vurduğu Karib hövzəsi indi də Atlantik okeanından gələn yeni qasırğaya hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, ABŞ Milli Qasırğa Mərkəzinin açıqlamasında bildirilir ki, Mariya qasırğası artıq 215 km sürətlə Dominikan sahillərinə çatıb. Karib hövzəsində yerləşən Martinike, Qvadalupe, Dominikan, Sent-Kits, Nevis və Montserrat adalarına qasırğa xəbərdarlığı verilib. Bəzi adalara isə tropik fırtınasının təsir edəcəyi bildirilir. Yeni qasırğanın bu gün Livard adalarına güclü külək və yağış gətirəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət öncə baş verən “İrma” qasırğası ABŞ-da 18 və Karibdə isə 37 nəfərin ölümünə səbəb olub. Qasırğa zamanı ABŞ tarixinin ən böyük təxliyəsi həyata keçirilib, Floridada əhalinin 1\3-i evlərini tərk edib və qaçıb.

Günay Elşadqızı \ METBUAT.AZ

Dövlət büdcəsi Nazirlər Kabinetinə təqdim olundu - Layihə - OXUMAQ ÜÇÜN TIKLA