Fillər qaçqın düşərgəsinə hücum etdi

Myanmarda vəhşi fillər şiddətdən qaçan Rohingya müsəlmanlarının qaldığı sığınacağa hücum edib.

Metbuat.az-ın məlumatına görə, polisin açıqlamasında bildirilir ki, hadisə nəticəsində 2 nəfər fillərin ayaqları altında qalaraq ölüb. Ölənlərdən biri 55 yaşlı kişi, digəri isə 2 yaşlı uşaq olub. Fillərin hücumu zamanı 3 nəfər də yaralanıb, onlar xəstəxanaya çatdırılıb.

Məlumata görə, BMT-nin “etnik təmizləmə” adlandırdığı Myanmardakı şiddət zamanı 25 avqustdan indiyə qədər 410 min Rohingya müsəlmanı Banqladeşə qaçıb. Xilas olan müsəlmanlar qida, su, tibbi yardım, sığınacaq olmaması və musson yağışları səbəbindən böyük çətinlik yaşayır.

Günay Elşadqızı \ METBUAT.AZ

ABŞ-a dəhşətli "bəla" gəlir - Əhaliyə xəbərdarlıq edildi - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR