Şimali İraq Kürd muxtariyyətinin paytaxtı Ərbil' və Sülemaniyə şəhərinə sonuncu beynəlxalq uçuşlar bu gün saat 18:00-da ediləcək.

Metbuat.az-ın məlumatına görə, Türkiyə Hava Yolları yerli saatla 12:10-da Süleymaniyəyə olan səfəri ləğv edib. Artıq Ərbil və ora yaxın ərazilərdə çalışan türk işçilər Türkiyəyə geri dönür. Səhərin erkən saatlarında enən təyyarələr çoxlu sayda türk vətəndaşını İstanbula gətirib. Onlar bildirib ki, siyasi atmosfer dəyişsə, yenidən geri dönə bilərlər.

Furqan Toker adlı şəxs deyib: “Şirkətimizin boşaldılmağı ilə bağlı qərar qəbul edilib. Ona görə son uçuş saatını gözləmədən geri döndük. Enerji istehsalı stansiyasında çalışırdıq. Əgər şirkətimiz yenidən geri dönmək qərarı versə, hamımız Şimali İraqa qayıda bilərik”.

Günay Elşadqızı \ METBUAT.AZ