Ədəbiyyat üzrə 2017-ci il Nobel mükafatının laureatı məlum olub.
Metbuat.az-ın məlumatına görə, Nobel ədəbiyyat mükafatına bu il romanlarında böyük emosional güclə dünya haqqında yanlış xəyallarımızın altındakı uçurumları ortaya çıxaran yapon əsilli ingilis yazıçı Kazuo İşiquro layiq görülüb.
62 yaşlı yazıçı Yaponiyanın Naqasaki şəhərində anadan olub. 5 yaşında, ailəsi ilə birgə İngiltərəyə köçüb.
Günay Elşadqızı \ METBUAT.AZ