Las-Veqasdakı silahlı hücumu təşkil edən şəxsin sevgilisi olan qadın ilk dəfə açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, hücumu təşkil edən Stefen Paddokun sevgilisi Marilou Danley bildirib ki, onun heç nədən xəbəri olmayıb. O, sevgilisini sakit, mehriban, qayğıkeş biri kimi xarakterizə edib.

Silahlı hücumdan sonra polis tərəfindən axtarışda olan Danleyin ölkə xaricində olduğu, daha sonra ABŞ-a geri döndüyü müəyyən edilib. Danleyin vəkili qadının yazılı açıqlamasını oxuyub: “Onu sevirdim və birlikdə sakit gələcəyimizin olacağına ümid edirdim. Paddokun silahlı hücumu qorxulu, ağlasığmazdır və bu hadisədən çox təəccüblənmişəm”.

Qeyd edək ki, Las-Veqasda otelin 32-ci mərtəbəsindən musiqi festivalına qatılan insanların güllələnməsi nəticəsində 60-a qədər adam həyatını itirib, 500-dən çox adam isə yaralanıb. Silahlı hücumu təşkil edən Stefen Paddokdur.

Günay Elşadqızı \ METBUAT.AZ