Polşada güclü qasırğa nəticəsində ölənlər və yaralananlar olub.

Metbuat.az-ın məlumatına görə, təcili yardımın sözçüsü Pavel Fratzak bildirib ki, ölkənin qərb hissəsinə təsir edən qasırğa nəticəsində 67 yaşlı kişi və 58 yaşlı qadın dünyasını dəyişib, 39 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, qasırğa səbəbilə aşan ağaclar elektrik xətlərinin üzərinə düşüb. Bu isə minlərlə evi elektrik enerjisiz qoyub.

Baş nazir Beata Şidlo qasırğaya məruz qalan Zеlönа-Qurа şəhərini ziyarət edib və yerli rəhbərliklə görüşüb. Şidlo bildirib ki, qasırğadan zərər çəkənlərə maddi yardım veriləcək.

Günay Elşadqızı \ METBUAT.AZ