Amerika Birləşmiş Ştatları (ABŞ) 20 ildir ki, Sudana tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv edib.
Metbuat.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert açıqlayıb. Bu qərarın 16 ay davam edən diplomatik danışıqlar nəticəsində verildiyini bildirən Nauert deyib: “Sudan, qarşıdurmaların yaşandığı bölgələrdə müsbət addımlar atıb və bu bölgələrə humanitar yardımların çatmasını təmin edib. Regional problemlərin həlli və terror təhlükəsinə qarşı ABŞ-la yaxın əlaqədə olub. Sudan hökuməti son 9 ay içində ABŞ-la əməkdaşlıq mövzusunda nə qədər ciddi olduğunu sübut edib. Sudandakı qarşıdurmaların dayandırılması, humanitar yardımların çatması ilə bağlı addımlar atılsa da, burada davamlı sülhün təmin edilməsi üçün daha çox səy göstərmək lazımdır”.
Bəyanatda bildirilir ki, Sudan BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı atdığı addımları da tətbiq etməlidir.
Günay Elşadqızı \ METBUAT.AZ