İspaniyanın şimal şərqindəki Kataloniya Muxtar Vilayətinin keçirdiyi müstəqilliklə bağlı referendumun rəsmi nəticələri açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, səs verənlərin 90,18 %-i referenduma “Bəli”, 7,83 %-i “Xeyr” deyib.

İspaniya hökumətinin bütün səylərinə baxmayaraq, 2,2 milyon katalon seçici səsvermədə iştirak edib. Polislə seçicilər arasında baş verən qarşıdurmada asayiş keşikçiləri plastik güllələrdən istifadə edib. Toqquşmalarda 12-si polis olmaqla 844 nəfər yaralanıb, xeyli sayda insan həbs edilib.

Günay Elşadqızı \ METBUAT.AZ