Strasburqda bomba həyəcanı

Fransanın Strasburq şəhərində bomba həyəcanı yaşanıb.

Metbuat.az-ın məlumatına görə, Strasburq rəhbərliyi bu barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, şəhərin mərkəzindəki Kleber Meydanı, bəzi iş yerləri və “Maison Rouge” Ticarət Mərkəzi bomba xəbəri səbəbilə boşaldılıb və çoxlu sayda xəttin birləşdiyi “Homme də Fer” tramvay stansiyasında səfərlər ləğv edilib.

Polis şəhərin “Faubourg National” məhəlləsində əməliyyat keçirib və ərazidəki bir çox küçə də təhlükəsizlik üçün bağlanıb.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR