Kolumbiyada mədənin çökməsi faciəyə səbəb olub.

Metbuat.az-ın məlumatına görə, hadisə ölkənin qərb hissəsində gümüş mədənində qeydə alınıb. Məlumata görə, Çoko ərazisindəki Munqarra çayı yaxınlığında yerləşən mədən, güclü yağışlar nəticəsində çöküb. Hadisə yerindən 4-ü qadın olmaqla 6 nəfərin meyiti çıxarılıb.

Hazırda hadisə yerində axtarışlar davam edir.

Günay Elşadqızı \ METBUAT.AZ