Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyə vətəndaşlarına verilən vizaları müddətsiz dayandırmasından sonra, Türkiyə də ABŞ vətəndaşları üçün viza müraciətlərini dayandırıb.
Metbuat.az-ın məlumatına görə, NATO çərçivəsində ittifaq münasibətlərində olan Tükiyə ilə ABŞ arasında qarşılıqlı viza qadağaları diplomatik səviyyədə böyük gərginlik yaradıb. ABŞ rəhbərliyinin, İstanbul Baş Konsulluğundakı yerli işçisinin “FETO” ilə əlaqəli olduğu iddiası ilə həbsindən sonra verdiyi qərar Ankaraya qarşı “diplomatik sanksiya” kimi qəbul edilib. ABŞ-ın Ankaradakı səfirliyi açıqlamasında bildirib ki, Türkiyədəki bütün Amerika konsulluqları miqrant olmayanların viza xidmətlərini dayandırsın.
Qeyd edək ki, iki ölkə arasındakı gərginlik ABŞ-ın Suriyada PKK-nın qolu olan YPG-yə silah göndərməsindən sonra daha da artıb.
Günay Elşadqızı \ METBUAT.AZ