Türkiyənin İdlibdəki qarşıdurmaları bitirmək və təhlükəsizliyi təmin etmək üçün başladığı hərəkat PKK/PYD terror təşkilatını qorxuya salıb.

Metbuat.az-ın məlumatına görə, narahat olan terrorçular Afrin bölgəsindən çəkilir. Bəzi terrorçular Aralıq dənizi vasitəsilə sahilyanı şəhərlərə, bəziləri isə Şimali İraq vasitəsilə cənub-şərqə göndərilir.

ABŞ və Əsədin İdlibdə terrorçulara böyük zərbə vuran Türkiyəyə qarşı birgə təxribata hazırlaşdığı bildirilir. Məlumata görə, ABŞ bölgədəki qruplara, “Türkiyə Silahlı Qüvvələri ilə döyüşün, dəstək verəcəyik” deyib. İddialara görə, bəzi müxalif qruplarla görüşən amerikalılar, “Türkiyə ilə müharibə vəziyyətində olsanız, İordaniyadan kömək edəcəyik” vədi veriblər.

Bu arada, Əsədin agentləri isə türkiyə ordusuna qarşı təxribat hazırlamaq üçün İdlibə göndərilib. Bildirilir ki, sayı 150-200 olan "Muhaberat" agentləri zərərçəkmiş miqrant görüntüsü ilə İdlibə gediblər. Onların yaxın günlərdə təxribat törədəcəyi ehtimal olunur.

Günay Elşadqızı \ METBUAT.AZ