SON DƏQİQƏ: Səhiyyə naziri vəfat etdi

Tunisin səhiyyə naziri Slim Çaker xeyriyyə marafonu zamanı vəfat edib.

Metbuat.az-ın məlumatına görə, nazirin ölümünə səbəb infarkt keçirməsi olub. Bu barədə Tunis hökuməti sosial mediadan açıqlama yayıb. Açıqlamada bildirilir ki, uşaqlar üçün onkoloji mərkəzin tikintisinə vəsait toplamaq məqsədilə keçirilən qaçış marafonu Nabul kurort şəhərində baş tutub. 56 yaşlı Slim Çaker 500 metr məsafə qaçdıqdan sonra özünü pis hiss edib. Təcili xəstəxanaya çatdırılan nazirin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, əvvəllər bankir olan Çaker bu ilin avqust ayında Tunisin səhiyyə naziri təyin edilmışdi.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR