Honq Konq aeroportunda böyük qorxu yaşanıb.

Metbuat.az-ın məlumatına görə, “American Airlines”-in sərnişin təyyarəsində yerli vaxtla saat 17:30-da yanğın başlayıb. Yanğın təyyarənin yük hissəsində başlayıb. Məlumata görə, yanğını ilk olaraq terminalda uçuş gözləyən sərnişinlər görüb. Hadisə nəticəsində hava limanının bir işçisi yaralanıb.

“American Airlines” açıqlamada bidirib ki, yanğın texniki səbəbdən başlayıb. Bu səbəbdən də, hava yolu şirkəti Los-Ancelesə nəzərdə tutulan uçuşu ləğv edib.

Günay Elşadqızı \ METBUAT.AZ