ABŞ Türkiyə ilə viza böhranını həll etmək qərarına gəlib.
Metbuat.az-ın məlumatına görə, məsələni həll etmək üçün ABŞ Dövlət Departamentinin nümayəndə heyətinin gələn həftə Türkiyəyə gələcəyi gözlənilir.
Dövlət Departamentindən verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri ABŞ xarici işlәr nazirinin kömәkçisi Conatan Kohen olacaq.
Məlumata görə, Türkiyə, böhranın həlli üçün ABŞ-a birgə komissiya yaratmağı təklif edib.
Günay Elşadqızı \ METBUAT.AZ