ABŞ-ın Türkiyədəki səfiri Con Bassın Ankaradakı açıqlaması hamının diqqətini cəlb edib.

Metbuat.az-ın məlumatına görə, Bass açıqlamasında deyib ki, 9,5 ayda Türkiyədə heç bir terror hadisəsi baş verməyib: “Bunun səbəbi İŞİD-in terror niyyətindən əl çəkməsi deyil, ABŞ-la Türkiyə arasında bu istiqamətdə aparılan işbirliyidir”.

Türkiyə mətbuatında səfirin bu açıqlaması İŞİD-in ABŞ üçün çalışması kimi qiymətləndirilib və Türkiyəyə təhdid kimi görünüb. Yəni, "bizimlə əməkdaşlıq edin, yoxsa İŞİD üzərinizə gələcək".

Məlumata görə, bu açıqlaması, ABŞ-ın Suriyadakı PKK terrorçularına göndərdiyi silahların İŞİD-ə də çata biləcəyi ehtimalını ortaya qoyub. Türkiyə mətbuatında qeyd edilir ki, İŞİD terrorçularının ABŞ silahlarından istifadə etdiyini hamı bilir, ancaq bu silahları necə əldə etdikləri ilə bağlı heç bir məlumat yoxdur.

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ da məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, mediada səfirin bu açıqlaması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Bozdağ bildirib ki, səfir bu fikirləri ilə nəyi nəzərdə tutduğunu açıqlamalıdır.

Günay Elşadqızı \ METBUAT.AZ