İsveçin cənubundakı Trelleborq şəhərinin mərkəzində silahlı hücum baş verib.
Metbuat.az-ın məlumatına görə, polis səlahiyyətlisi Fredrik Bratt SVT dövlət televiziyasına açıqlamasında bildirib ki, silahlı hücum nəticəsində 4 nəfər yaralanıb. Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıblar.
Hadisənin baş verdiyi ərazi təhlükəsizlik zolaqları ilə əhatə olunub. Brattın sözlərinə görə, hücumu həyata keçirən şəxs və ya şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyata başlayıblar.
Şahidlərdən biri bildirib ki, 6 dəfə silah səsi eşidib və insanların sürətlə oradan qaçdığını görüb.
Günay Elşadqızı \ METBUAT.AZ