Yəmənin Lahic şəhərində Baş nazir Əhməd Abid ibn Dağrın kortejinə atəş açılıb.
Metbuat.az-ın məlumatına görə, kortejdə bir neçə nazir və səlahiyyətli şəxslər olub. Məlumata görə, Lahic şəhərinin Sabiha bölgəsində baş verən hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hadisəni törədən şəxs daha sonra oradan qaçıb.
Qeyd edək ki, Yəməndə uzun müddətdir qeyri-qabitlik yaşanır. Ölkənin müxtəlif şəhərlərində Husilər və onlara dəstək verən eks-prezidenti Əli Abdullah Saleh tərəfdarları ilə, Səudiyyə Ərəbistanın liderliyindəki koalisiya qüvvələrinin dəstək verdiyi qanuni rəhbərliyin tərəfdarı olan qruplar arasında qarşıdurma baş verir.
Günay Elşadqızı \ METBUAT.AZ