Böyük Britaniyanın Baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı açıqlamasına cavab veriblər.

Metbuat.az-ın məlumatına görə, liderlərin ofislərindən verilən açıqlamada bildirilib ki, ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasını ləğv etmək istəyinin nəticəsindən narahatdılar.

Açıqlamada bildirilir ki, bütün tərəflər nüvə razılaşmasına sadiqdir və ümumi təhlükəsizlik maraqlarına xidmət edir.

Günay Elşadqızı \ METBUAT.AZ