Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkədən Hakan Şükürün ABŞ-da kafe açdığı müəyyən edilib.

Metbuat.az-ın məlumatına görə, “Fətullahçı Terror Təşkilatı” (FETO) iddiaları səbəbilə xaricə qaçan və haqqında həbs qərarı olan şəxslərin çoxu hələ də ölkə xaricindədir. Onlardan biri də sabiq futbol ulduzu, keçmiş millət vəkili Hakan Şükürdür.

2015-ci ildə İstanbuldakı evini satan və bankdakı pulunu çıxaran Hakan Şükür qısa müddət sonra ABŞ-a gedib. O, ABŞ-a getdikdən sonra bir daha Türkiyəyə qayıtmayacağını açıqlayıb. İdman akademiyası yaratmaq niyyətində olan Hakan Şükürün, Kaliforniyada kafe açdığı müəyyən edilib. Palo Alto şəhərində Stanford Universitetinin də olduğu bölgədə açılan kafenin adı “Tuts Bakery & Cafe”dir. Hakan Şükür kafesində türk yeməklərini də menyuya daxil edib. O, bir-bir masaları gəzərək, müştəriləri ilə maraqlanır.

Qeyd edək ki, Hakan Şükürün Türkiyədəki bütün əmlakı müsadirə olunub. FETO-ya maddi dəstək verdiyi müəyyən edilən Hakan Şükürün atası Sermet Şükür həbs olunsa da, daha sonra şərti azadlığa buraxılıb.

Günay Elşadqızı \ METBUAT.AZ