Çin “Tiangong-1” peyki nəzarətdən çıxıb və sürətlə yerə yaxınlaşır.

Metbuat.az-ın məlumatına görə, mütəxəssislər peyk qırıntılarının nə vaxt və hansı ölkəyə düşəcəyini müəyyən edə bilmirlər. Onlar ehtimal edir ki, 100 kq-lıq peyk qırıntıları bir neçə aydan sonra yerə çatacq.

Qeyd edək ki, “Tiangong-1” peyki Çini kosmik super gücə çevirəcək elmi layihə kimi qəbul edilirdi. İstifadəyə veriləndən 1 il sonra, 2012-ci ildə ölkənin ilk qadın astronavt Liu Yan tərəfindən ziyarət edilən stansiya həm insanlı, həm də insansız kosmos missiyaları üçün istifadə edilib.

Günay Elşadqızı \ METBUAT.AZ