Böyük Britaniyanın Maliyyə naziri Filip Hammond, Breksit danışıqlarının davam etdiyi zamanda Avropa Birliyini "düşmən” adlandırıb.

Metbuat.az-ın məlumatına görə, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondunun konfransında “Sky News”-a danışan Hammond deyib: “Düşmənlər, rəqiblər masanın digər tərəfindədir. İngiltərə üçün ən yaxşı nəticəni əldə etmək üçün çətin danışıqlar aparmalı olduğumuz insanlar var. Böyük Britaniyanın AB-dən çıxması məsələsində mesajım çox açıqdır. Bu məsələdə istəklərin yüksək və düşüncələrin çox güclü olduğunu anlayıram. Hamımız eyni nöqtəyə doğru irəliləyirik”.

Hammond, hökumət içərisində hamının ölkənin Breksit məsələsində ortaq hədəfə sahib olduğunu qeyd edib.

Günay Elşadqızı \ METBUAT.AZ