İraqın Səlahəddin şəhərindəki Tuzhurmatu qəsəbəsində Peşmərgə və Haşdi Şəbi qüvvələri arasında qarşıdurma yaşandığı ilə bağlı xəbər vermişdik.

Kərkükdə yaşayan türkmən jurnalist Zülfiqar Kərküklü Metbuat.az-a açıqlamasında bildirib ki, 4 nəfərin öldüyü ilə bağlı məlumat yayılıb: “Onlardan birinin 7 yaşlı türkmən uşaq, birinin isə türkmən əsgər olduğu deyilir. Yaralıların olduğu deyilir, ancaq dəqiq sayını bilmirik”.

Günay Elşadqızı \ METBUAT.AZ