Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası sona çatıb.
Metbuat.az-ın məlumatına görə, iclasdan sonra bəyənat verilib. Bəyənatda deyilir:
1. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində keçirilən əməliyyatı haqqında məlumat verilib. Suriyada davamlı sülhün bərqərar olmasını təmin etmək üçün, Astana razılığına əsasən, İdlibdəki əməliyyat uğurla davam edir.
2. İraq Konstitusiyasını pozan Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi qeyri-qanuni referendumdan sonra atılan addımlar qiymətləndirilib. Görülməsi nəzərdə tutulan yeni tədbirlər müzakirə olunub. Türk hava sərhədinin Şimali İraq Kürd Muxtariyyəti üçün bağlanması və İbrahim Xəlil sərhəd qapısının İraqın mərkəzi hökumətinə təslim edilməsi prosesinin başlanması üçün hökumətə tövsiyə verilib.
Bu çərçivədə, mərkəzi İraq hökumətinin bütün ölkədə Konstitusiya suverenliyini təsis etmək üçün və xüsusilə Kərkükdə atdığı addımlar qiymətləndirilib. İraqın siyasi birliyininin və ərazi bütövlüyünün qorunmasına sadiq olduğumuzu bir daha vurğulayırıq.
Mərkəzi İraq hökumətinin Kərkükdə icra etdiyi əməliyyatın, şəhərin son dövrdə pozulmağa çalışılan demoqrafik quruluşunun, tarixi dərinliyə uyğun şəkildə təmin edilməsi məsələsindəki həssaslığımızı xüsusi ifadə edirik.
3. FETO / PDY, PKK / PYD-YPG, İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə çərçivəsində ölkədə tətbiq olunan fövqəladə hal qiymətləndirilib. Demokratiyamızın, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlərin davamlılığını təmin etmək üçün hökumətə fövqəladə halın uzadılmasının tövsiyə edilməsi qərara alınıb.
Günay Elşadqızı \ METBUAT.AZ