Viza probleminin müzakirəsi sabaha qədər təxirə salındı

ABŞ Xarici işlәr nazirinin kömәkçisi Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradadır.

Metbuat.az-ın məlumatına görə, bu gün keçirilməsi nəzərdə tutulan viza böhranı ilə bağlı müzakirələr təxirə salınıb. Bu məsələ ilə bağlı danışıqlar sabah Xarici İşlər Nazirliyində keçiriləcək.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Amerika heyətinin səfəri viza gərginliyindən əvvəl planlaşdırıldı. Görüşdə Suriya və İraqdakı məsələlər və Türkiyənin PYD terror təşkilatı ilə bağlı narahatlığı müzakirə edilməsi idi. Ancaq viza probleminin ortaya çıxması ilə görüşün prioritet mövzusu da dəyişib.

Bu arada, ABŞ-ın Ankara səfirliyi viza məsələsi ilə bağlı sosial mediadan açıqlama yayıb. Açıqlamada bildirilir ki, vacib humanitar və sağlamlıqla bağlı məsələlər üçün viza xidməti yenidən açılıb.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR