Konstitusiya Məhkəməsi o qanunu ləğv etdi

İspaniya Konstitusiya Məhkəməsi 6 sentyabrda Kataloniya Muxtar Vilayətinin parlamentində qəbul edilən və müstəqillik referendumunu nəzərdə tutan Qanunun etibarsız olduğunu bəyan edib.

Metbuat.az-ın məlumatına görə, məhkəmə araşdırmalardan sonra referendum Qanununu etibarsız hesab edib.

Digər tərəfdən, İspaniya hökuməti Muxtar Vilayətin lideri Karles Puçdempona “təxirə salınan müstəqillik elanı” açıqlaması ilə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək üçün cümə axşamı gününə qədər vaxt verib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR