“Şimali İraq səhv etdi, məsləhətlərimizə qulaq asmadı”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraq ordusunun keçirdiyi hərbi əməliyyatlara münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, M.Çavuşoğlu açıqlamasında deyib: “Şimali İraq Kürd Muxtariyyəti səhv etdi və məsləhətlərimizə qulaq asmadı. Ancaq biz onların indi qarşılaşdıqları problemlərlə bağlı əvvəlcədən xəbərdarlıq etmişdik. Daha çox qazanc əldə edəcəklərini düşündülər, olmadı. Kürdləri birləşdirəcəklərini düşündülər, əksinə, təəssüf ki, İraqdakı kürdləri böldülər. Bu səbəbdən də indi böyük xaos, qarşıdurma yaşanır”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR