Xəbər verdiyimiz kimi, Ankarada viza problemini həll etmək üçün ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə Türkiyə rəsmiləri arasında görüş keçirilib.
Metbuat.az-ın məlumatına görə, ABŞ xarici işlər nazirinin köməkçisi Conatan Kohenin rəhbərlik etdiyi heyət görüş üçün Türkiyə Xarici İşlər Nazirliyinin binasına gəliblər. ABŞ nümayəndə heyəti ilə Türkiyə Xarici işlər nazirinin müavini Əhməd Muxtar Gün görüşüb.
Görüşdən əvvəl ABŞ heyətinin bir sıra şərtlər irəli sürdüyü bildirilirdi. Diplomatik qaynaqların məlumatına görə, Türkiyənin “ön şərtləri qəbul etmirik” deməyindən sonra görüşlər şərtsiz başlayıb.
Əldə edilən məlumata görə, artıq Xarici İşlər Nazirliyində ABŞ nümayəndə heyəti ilə keçirilən danışıqlar sona çatıb. Xarici mənbələrdən alınan məlumata görə, Türkiyə ilə ABŞ arasındakı viza əməliyyatlarının qarşılıqlı dayandırmasından sonra böhranın həlli üçün ilk səfər müsbət məcrada keçib.
Günay Elşadqızı \ METBUAT.AZ