İraqın baş naziri Heydər əl-İbadi, Kərkükün mərkəzindəki təhlükəsizliyin yerli polis və antiterror qüvvələri tərəfindən təmin edildiyini və başqa silahlı qruplara icazə verilməyəcəyini bildirib.

Metbuat.az-ın məlumatına görə, baş nazirin ofisindən verilən açıqlamada bildirilir ki, Kərkükdə təhlükəsizliyin təmin edilməsi, bütün insanların evləri və mülkləri həmin qüvvələr tərəfindən qorunur.

İbadi bildirib ki, Kərkükdə insanlar arasında kin, nifrət fikirləri yaratmaq istəyən insanlar cəzalarını alacaqlar. Ortaq Əməliyyatlar üzrə Milli Təhlükəsizlik Məsləhətçisi və Kərkük Polis rəisi, şəhərdəki kürd məhəllərini gəzərək, insanlara təhlükəsizlikləri üçün zəmanət verir.

Günay Elşadqızı \ METBUAT.AZ