Bərzaninin köməkçisi ilə bağlı

Kərkükü geri alan ordu birliklərini “işğalçı” adlandıran Şimali İraq Kürd Muxtariyyəti liderinin köməkçisi Kosrat Rəsul haqqında həbs qərarı verilib.

Metbuat.az-ın məlumatına görə, məhkəmədə Məsud Bərzaninin köməkçisi Rəsul üçün 7 il həbs cəzası istənilib.

Qeyd edək ki, Kosrat Rəsul 42 ilə əvvəl Kürdüstan Demokratik Partiyasına (KDP) qoşulub. 1990-cı illərdə Peşmərgə komandiri olan Rəsul, “Kürd millətinin dağlardan başqa dostu yoxdur” ifadəsi ilə gündəmə gəlmişdi.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR