Yeni Zelandiyada koalisiya hökuməti quruldu

Yeni Zelandiyada, İşçi Partiyası və “First” Partiyası koalisiya hökuməti qurub.

Metbuat.az-ın məlumatına görə, iki tərəf arasındakı razılaşmaya əsasən, 3 il müddətində 52-ci hökumətin Baş naziri İşçi Partiyasının lideri Jakinda Ardern, nazir müavini isə “First” Partiyasının lideri Vinston Peters olacaq.

“First” Partiyasının lideri Peters deyib ki, "bir qərar verməli idik, sonda İşçi Partiyası ilə koalisiya hökuməti yaratmağı qərarlaşdırdıq".

37 yaşlı Ardern, seçkilərə 7 həftə qaldığı vaxt İşçi Partiyasına lider seçilib. O, budəfəki seçkilərdə Partiyasının səs faizin 13% artırıb. Seçkilərdə 36,6% səs toplayan İşçi Partiyasından olan millət vəkillərinin sayı da 32-dən 46-ya qalxıb. Ardern indi, Cenni Şipley və Helen Klarkdan sonra ölkənin 3-cü qadın baş naziri oldu. O, eyni zamanda 1856-cı ildə, 37 yaşında baş nazir olan Edvard Staffordan sonra da ölkənin ən gənc baş naziri sayılır. Elə Ardern də 37 yaşındadır.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR