Angela Merkel geri addım atdı

“Türkiyə miqrantlarla bağlı məsələdə Avropa Birliyinə çox kömək edib”.

Metbuat.az-ın məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel Brüsseldə, Avropa Birliyi (AB) sammitindəki çıxışında bildirib. O, Türkiyəyə gedən miqrantlarla bağlı fondun da yenilənməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Angela Merkel, sentyabrda, seçkilərdən əvvəl verdiyi açıqlamada dediklərinin əksini bildirmişdi. O qeyd etmişdi ki, sammitdə Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinin dondurulması və ya dayandırılması məsələsi müzakirə oluna bilər. Merkelin bu açıqlaması Türkiyədə böyük etiraza və tənqidə səbəb olmuşdu.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR