Əfqanıstanda növbəti qanlı hücum

Çətin illər yaşayan Əfqanıstana “Taliban” terror təşkilatı daha bir zərbə vurub.

Metbuat.az-ın məlumatına görə, “Taliban” iki gün ərzində Əfqanıstanda 120-dən çox insanı öldürüb. Sonuncu hücum Qəndəhar əyalətinin hərbi bazasına olub. “Reuters” xəbər agentliyinin məlumatına görə, gecə yarısı bazaya gələn terrorçular 43 əsgəri öldürüb, 6 əsgər isə itkin düşüb.

Məlumata görə, hücum bomba ilə dolu olan iki nəqliyyat vasitəsinin partladılması ilə başlayıb.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR